AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası olub

AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu

«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevaya!

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası olub

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açıb.
ARDINI OXU

AHİK-də tələbələrə adlı təqaüdlər və mükafatlar təqdim olundu

2017-ci ilin mart ayının 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi  mərasimi keçirilib.
ARDINI OXU

«TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib

Martın 4-5-də İstanbul şəhərində «TOLEYİS» - Türkiyə Otel, Restoran və İstirahət Yerləri İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının XIII qurultayı keçirilib. Qurultayda AHİK-in sədri, BHİK- in və PARŞ-ın vitse-prezidenti, millət vəkili S. Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
ARDINI OXU

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, möhtərəm Mehriban xanım Əliyevaya!

            Çox hörmətli Mehriban xanım!    Sizi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməyiniz münasibətilə  Azərbaycan Həmkarlar ittifaqlarının çoxminli üzvləri adından və şəxsən öz adımdan səmim-qəlbdən təbrik edir, yüksək dövləti vəzifənizdə Sizə Azərbaycanımızın gələcək inkişafı və tərəqqisi naminə  uğurlu fəaliyyət arzulayırıq.
ARDINI OXU

Xalqımıza qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi

Tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. 
ARDINI OXU

Sabahın alimlərinə yaşıl işıq

“Sabahın alimləri" mü-sabiqəsində iştirak edən şagirdlərin sayı ildən-ilə artır. Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" altıncı respublika müsabiqəsinin açılış mərasimi olub.
ARDINI OXU

Fəttah Heydərova "Həmkarlar ittifaqında xidmətə görə" medalı təqdim olundu

Fevralın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərova AHİK-in "Həmkarlar ittifaqında xidmətə görə" medalını təqdim edib. S.Mehbalıyev təqdimetmə mərasimində çıxış edərək F.Heydərovun dövlətimiz, xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndirib.
ARDINI OXU

AHiK-də qaliblərə mükafatlar təqdim edilib

2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən Futzal idman yarışının, "Nə? Harada? Nə zaman?" intellektual oyununun və “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
ARDINI OXU

20 Yanvar Şəhidlərinin anım günü...

Bu gün on minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib. Hər il olduğu kimi bu il də Xiyabana gələn paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının  xatirəsini böyük ehtiramla yad ediblər.Həmin gün Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları da Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar.Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 27 il ötür. 27 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.
ARDINI OXU

AHİK-in IV Məclisinin növbəti iclası keçirilib

2016-cı il dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilib. İclası AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb və gündəlikdə duran məsələlər barəsində Məclis iştirakçılarına məlumat verib.
ARDINI OXU

Müasir sosial-iqtisadi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı

Dekabrın 13-14-də "Müasir sosial-iqtisadi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı" mövzusunda tədris-təlim seminarı keçirildi. Seminarda  AHİK-ə üzv təşkilatların 38 nümayəndəsi iştirak edirdi.
ARDINI OXU

Əməkdaşlıq əlaqələri yüksək səviyyədədir

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİ RK) X plenumu olub.Plenumda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında "2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi haqqında" məsələyə baxılıb.
ARDINI OXU

FAYDALI KEÇİDLƏR