ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

05 Iyul 2025

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında iş şəraiti yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında iş şəraiti yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİİTA) əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Burada müasir standartlara cavab verən iş otaqları, geniş iclas və təlim zalları mövcuddur. Əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün otaqlar zəruri texniki avadanlıqlarla təchiz olunub, internet və IP telefoniya sistemi qurulub.

Qeyd edək ki, AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması istiqamətində layihələr həyata keçirir, müxtəlif idman növləri üzrə yarışlar, spartakiadalar və universiadalar təşkil edir.

Hazırda AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş növləri, döyüş növləri və fiziki hazırlıq bölmələri fəaliyyət göstərir. Cüdo, sambo, karate-do, taekvondo, sərbəst və yunan-Roma güləşi, şahmat, alpinizm, boks və bədii gimnastika üzrə yetirmələri mötəbər idman yarışlarında uğurla çıxışlar edirlər.

2025-ci ilin ötən dövrü ərzində Assosiasiyanın idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə  213 medal qazanıblar. Beynəlxalq turnirlərdə iştirak edən idmançılar 28 qızıl, 13 gümüş və 6 bürünc medal əldə edərək ölkəmizi uğurla təmsil ediblər. Respublika səviyyəli yarışlarda isə 51 qızıl, 49 gümüş və 66 bürünc medal qazanmaqla yüksək nəticələr göstəriblər.