İşçilərin, pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə ən azı 7 nəfər olmaqla həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.
İşçilər, pensiyaçılar, təhsil alan şəxslər öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.
“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.
“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, təhsil alan şəxslər əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında həmkarlar ittifaqında könüllü birləşə və ya üzv ola bilər.
Sanatoriya-kurort yollayışlarını “Kurort” Turizm İnformasiya Mərkəzinə elektron müraciət və ya kağız daşıyıcıda ərizə ilə müraciət edərək əldə etmək olar (Tel: 0124925010, 0124927553, +99450 3283811, +99450 3283877).