Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində ittifaq üzvlərinə əməyin hüquq və texniki müfəttişləri tərəfindən əmək münasibətlərində hüquqi məsələlərlə bağlı ödənişsiz hüquqi yardım göstərilir.
Fəaliyyət istiqamətləri
- Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi istiqamətində hüquqi dəstəyin təşkili;
- Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı həmkarlar ittifaqı təşkilatlarına və üzvlərinə hüquqi və metodiki yardımın göstərilməsi;
- Daxil olan müraciətlərin araşdırılması əsasında müəyyən olunmuş pozuntuların təhlili və onların aradan qaldırılması ilə bağlı tövsiyələrin hazırlanması;
- İşçilər arasında əməyin mühafizəsi və əmək hüquqları üzrə maarifləndirmə işlərinin təşkili, bu məqsədlə təlimlərin, seminarların və məlumatlandırıcı tədbirlərin keçirilməsi;
- Pozulmuş əmək hüquqları ilə bağlı hüquqi sənədlərin - ərizə, şikayət, izahat və digər müraciət formalarının hazırlanmasında həmkarlar ittifaqı üzvlərinə kömək göstərilməsi;
- İşəgötürənlərlə və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edərək əmək hüquqlarının qorunmasına dair birgə təşəbbüslərin və tədbirlərin təşviqi;
- Əməyin mühafizəsi və əmək hüquqlarının təmin olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə dair təşəbbüslərin həyata keçirilməsi.
Məqsəd həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.
Ünvan: Bakı şəhəri, İçərişəhər, Sabir küçəsi, 7
Əlaqə nömrəsi: 012 492 50 10 (daxili nömrə 2)
Qanunvericilik:
Azərbaycan Respublikasının Konstitusiyası ↗
Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanunu↗
Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu ↗
Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu↗
Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu ↗
Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu↗
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu ↗
Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu↗
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ↗
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu ↗
Nazirlər Kabinetinin qərarları:
“Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
“Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı↗
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ↗
Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları:
Əməyin Təhlükəsizliyi və Sağlamlığı haqqında Konvensiya ↗
Əmək təftişi haqqında Konvensiya ↗
Beynəlxalq Əmək Təşkilatının "Kənd təsərrüfatında əməyin təftişi haqqında" 129 saylı Konvensiyası ↗
Beynəlxalq Əmək Təşkilatının "Sənayedə və ticarətdə əməyin təftişi haqqında" 81 saylı Konvensiyası ↗
Üçtərəfli Məsləhətləşmə (Beynəlxalq Əmək Standartları) haqqında Konvensiya ↗
Təşkilat hüququ və Kollektiv Müqavilə haqqında Konvensiya ↗
Birləşmə Azadlığı və Təşkilatlanma Hüququnun Müdafiəsi haqqında Konvensiya ↗
Gigiyena (Ticarət sahəsində və Ofislərdə) haqqında Konvensiya ↗
→ Əməyin mühafizəsi ilə bağlı müraciətiniz üçün