
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri arasında keçirilən mini futbol turnirinə yekun vurulub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Akademiyanın birgə təşkil etdiyi turnirin nəticələrinə görə, “Los Galacticos” komandası 1-ci, “441” komandası 2-ci və “Şirinlər” komandası 3-cü yeri tutub.
Qaliblərin mükafatlandırılması mərasimdə çıxış edənlər dövlətimizin idman siyasətindən danışıblar. Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır və dünyada güclü idman ölkəsi kimi tanınır. Bütün bu uğurlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Vurğulanıb ki, bu gün idmançılarımız beynəlxalq yarışlarda böyük nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil edir, üçrəngli bayrağımız mötəbər arenalarda şərəflə dalğalanır.
Sonra qaliblərə mükafatlar təqdim olunub.