
Dövlət Gömrük Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə gömrük orqanları arasında təşkil olunan futzal çempionatı başa çatıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci və gömrük xidmətinin yaradılmasının 33-cü ildönümü həsr olunan yarışın nəticələrinə görə, Astara Gömrük İdarəsinin komandası 1-ci, Tovuz Gömrük İdarəsinin komandası 2-ci və Dövlət Gömrük Komitəsi Aparatının komandası 3-cü yeri qazanıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman və gənclər siyasətindən danışıb, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib. Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı ölkələrindən hesab olunur.