Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİİTA)
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 12 may 1993-cü il tarixli qərarına əsasən təsis edilib. AHİİTA həmkarlar ittifaqı üzvləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtlarının səmərəli təşkili, bədən tərbiyəsi və idmanda kütləviliyin artırılması məqsədilə yaradılıb. Assosiasiya müxtəlif idman növləri üzrə idman yarışları, spartakiadalar, universiadalar təşkil edir, gənclərin idmana olan marağının artırılmasına və idmanın inkişafına dəstək göstərir.
AHİİTA-nın tabe təşkilatı olan “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyətinin məqsədi ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında idmana marağın gücləndirilməsi, könüllülük prinsipinin təbliği və sağlam həyat tərzinin formalaşdırılmasıdır.
AHİİTA-nın strukturunda 3 əsas idman bölməsi mövcuddur:
1. Şahmat və zəka oyunları bölməsi
2. Güləş növləri bölməsi
3. Döyüş növləri və fiziki hazırlıq bölməsi
AHİİTA-nın fəaliyyət spektrinə aşağıdakı idman növləri daxildir:
Cüdo
Sambo
Karate-do
Taekvondo
Sərbəst güləş
Yunan-Roma güləşi
Şahmat
Alpinizm
Boks
Bədii gimnastika
2025-ci ildə əldə olunan idman nəticələri
Assosiasiyanın təmsilçiləri yerli və beynəlxalq turnirlərdə ümumilikdə 119 medal qazanıblar.
Beynəlxalq yarışlarda 10 idmançımız yüksək nəticə göstərib: 4 qızıl, 4 gümüş, 2 bürünc
Respublika yarışlarında 109 idmançımız yüksək nəticə göstərib: 39 qızıl, 28 gümüş, 42 bürünc
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 78
Əlaqə nömrəsi: (+99412) 493 01 07
E-mail ünvanı: [email protected]