Gender bərabərliyi anlayışı cinsindən asılı olmayaraq insanların bərabər hüquq, vəzifə və imkanlarını ehtiva edir. Cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan bu faktor təhsil, işəgötürmə və karyeraya bərabər çıxışın təmin edilməsi üçün vacib amillərdəndir. Aparılan tədqiqatlar göstərir ki, yüksək gender bərabərliyi səviyyəsinə malik ölkələr daha dayanıqlı iqtisadi göstəricilərə malikdirlər.
Həmkarlar ittifaqları da gender bərabərliyinin təşviqinin fəal iştirakçısıdır.
Həmkarlar ittifaqları işçilərin maraqlarını müdafiə edən təşkilatlar olaraq, iş yerlərində gender bərabərliyinə nail olunmasında əhəmiyyətli rol oynayır. Bu sahədə əsas fəaliyyət istiqamətləri işçilərin hüquqlarının qorunması, təhsil və məlumatlandırma, qanunvericilikdə müvafiq dəyişikliklərin təşviqi, həmkarlar ittifaqında qadınların dəstəklənməsidir.
Belə ki, həmkarlar ittifaqları: