ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

07 Aprel 2025

“Duzdağ” hotelində SPA mərkəzi təmirdən sonra istifadəyə verilib

“Duzdağ” hotelində SPA mərkəzi təmirdən sonra istifadəyə verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ” hotelində SPA mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib.
AHİK sədrinin müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev müasir səviyyədə yenidən qurulan və ittifaq üzvlərinin ixtiyarına verilən mərkəzlə tanış olub.
Qeyd edək ki, mərkəz həftənin bütün günləri səhər saat 09:00-dan axşam saat 00:00-dək xidmət göstərir. Burada həm qış aylarında, həm də yay mövsümündə ittifaq üzvlərinin mənalı və səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.