
Astara rayonunda keçirilən güləş üzrə U-15 və U-17 ölkə birinciliyinin qadın güləşi üzrə yarışlarına yekun vurulub.
Astara Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) yetirmələri uğurlu nəticə göstərərək 107 xalla komanda hesabında birinci yeri tutaraq çempion adını qazanıblar.
İdmançılarımızı təbrik edirik!