Əsaslı təmir olunmuş “Miras” istirahət mərkəzi qədim memarlıq ənənələrini qoruyub saxlayıb. Burada otaqlar kondisioner, televizor, soyuducu, seyf və digər məişət texnikası ilə tam təchiz edilib. Mərkəzdə üzgüçülük hovuzu, massaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” istirahət mərkəzi. Mərkəzdə 76 nəfərlik 38 otaq, 3 restoran, 2 əyləncə parkı fəaliyyət göstərir. Burada Ağbulaq restoranı, kafe-bar, restoran-bar fəaliyyət göstərir. Bundan başqa mini futbol-voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market və başqa xidmətlər də mövcuddur.
Ünvan: NMR, Şahbuz rayonu, Ağbulaq kəndi.
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqına məxsus olan bu mərkəz 2008-ci ildən bəri 5 hektar ərazidə fəaliyyət göstərir. Burada 6 korpus, 6 kottec, uşaq əyləncə məkanı, ibadət otağı, 220 nəfərlik yeməkxana, idman zalı, futbol meydançası, böyüklər və uşaqlar üçün hovuzlar, bilyard və stolüstü tennis otaqları mövcuddur. Yaşıllıqla əhatələnmiş bu məkan ailəvi istirahət üçün mükəmməl seçimdir.
Ünvan: Xaçmaz rayonu, Nabran qəsəbəsi, Seyidkəndyeri
1963-cü ildən fəaliyyət göstərən “Xəzər” turizm bazası dəniz sahilində yerləşərək, qonaqlara unudulmaz istirahət təklif edir. 512 nəfərlik yer tutumuna malikdir. Turistlər həm 4 mərtəbəli binada, həm də rahat kotteclərdə yerləşdirilir. Burada ailəvi istirahət üçün hər cür şərait yaradılıb.
Ünvan: Xaçmaz rayonu, Yalama, Nabran qəsəbəsi
2024-cü ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının mülkiyyətində olan bu mərkəz Quba-Xınalıq yolunun üzərində yerləşir. Burada 50-dən artıq kottec, açıq və qapalı restoranlar, uşaq əyləncə mərkəzi fəaliyyət göstərir. Eyni anda 200-dən artıq turistin istirahəti üçün ideal şərait yaradılıb.
Ünvan: Quba rayonu, Qırız Dəhnə kəndi
2016-cı ildə istifadəyə verilmiş “Şəfa” istirahət mərkəzi səhiyyə işçiləri və onların ailələri üçün rahatlıq və sağlamlıq təmin edir. Burada eyni anda 80 nəfər (uşaqlarla birlikdə 100-120 nəfər) istirahət edə bilər. İyun-sentyabr aylarında həftəlik, oktyabr-may aylarında isə 3 günlük ailəvi istirahətlər təşkil olunur. İlboyu açıq olan bu mərkəz təbiət qoynunda sakitlik və komfort axtaranlar üçün əla seçimdir.
Ünvan: Qusar rayonu
2013-cü ildən fəaliyyət göstərən “Təhsil” istirahət mərkəzi həmkarlar ittifaqı üzvlərinə unikal təbiət mənzərələri ilə zəngin bir ərazidə müasir istirahət şəraiti təqdim edir. 10 hektardan çox ərazidə yerləşən mərkəzdə 3 üçmərtəbəli bina, kotteclər, 800 nəfərlik yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, konfrans zalı və digər imkanlar mövcuddur. Burada eyni vaxtda 800 nəfərin rahatlığı təmin edilir. Meşə massivi ilə əhatələnmiş bu məkan biomüxtəlifliyi ilə seçilir və təbiət sevərlər üçün ən doğru seçimdir.
Ünvan: Xaçmaz rayonu, Nabran qəsəbəs
2009-cu ildə istifadəyə verilmiş bu mərkəz Nabranda 4,5 hektar ərazidə yerləşir. Burada 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni anda 120 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən otaqlar isti-soyuq su, TV, internet və digər rahatlıqlarla təchiz olunub. Ərazidə yeməkxana, böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası fəaliyyət göstərir. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən bu mərkəz ailəvi istirahət üçün əvəzsizdir.
Ünvan: Xaçmaz rayonu, Nabran qəsəbəsi