ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

14 Iyun 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni layihənin icrasına başlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni layihənin icrasına başlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Görməyə dəyər” adlı növbəti sosial layihəyə start verilib.

Layihə çərçivəsində ilk olaraq metropoliten işçilərinə Konfederasiyanın Əmək və Sosial Münasibətlər Akademiyasında “İş yerində təhlükəsiz iş” mövzusunda təlim keçirilib.

Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunan təlimdə Konfederasiyanın əməkdaşları və “Universal Hospital”ın həkimləri tərəfindən iştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib, istehsalat qəzaları zamanı ilkin tibbi yardım, peşə xəstəlikləri, yanğın təhlükəsizliyi və digər mövzular barədə geniş məlumat verilib. Sonda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası metropoliten işçiləri üçün “Universal Hospital”da tibbi müayinə təşkil edir. Layihə çərçivəsində hospitalın oftalmoloqları tərəfindən 50-dən çox şəxsin müayinəsi aparılıb və ümumilikdə 100 metropoliten işçisinin müayinəsi nəzərdə tutulur. Gözündə problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilir, müvafiq müalicələr təyin olunur.

Qeyd edək ki, “Görməyə dəyər” layihəsi digər sahələrdə çalışan ittifaq üzvlərini də əhatə edəcək.