ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

15 May 2025

Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində təlim keçirilib

Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzində əməyin mühafizəsinə dair təlim keçirilib.

Təlimdə Konfederasiyanın "Kurort" Turizm İnformasiya Mərkəzinin və Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin əməkdaşları iştirak ediblər.

İştirakçılara əməyin təhlükəsizliyi üzrə qanunvericiliyin tələbləri, norma və qaydaları izah edilib, əməyin mühafizəsinə dair işin təşkili, istehsalat qəzaları zamanı ilkin yardım, yanğın təhlükəsizliyi və digər mövzular barədə geniş məlumat verilib.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.