ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

13 May 2025

“Sağlamlığa doğru qaç” layihəsi Qusarda

“Sağlamlığa doğru qaç” layihəsi Qusarda

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlığa doğru qaç!” layihəsi çərçivəsində Qusar rayonunda qaçış yarışı keçirilib.

Layihə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qusar rayonundakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Beş min metr məsafəyə qaçışda Qusar, Siyəzən, Xızı, Şabran, Xaçmaz və Quba rayonlarının səhiyyə işçiləri, eləcə də Quda Tibb Kollecinin tələbələri iştirak ediblər.

Yekunda qalib gələn 6 iştirakçı mükafatlandırılıb. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan yarışlar tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.