ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

21 May 2025

Həmkarlar ittifaqının dəstəyi ilə tələbələr teatrda tamaşa izləyiblər

Həmkarlar ittifaqının dəstəyi ilə tələbələr teatrda tamaşa izləyiblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Asif Kəngərlinin “Bəla” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər.

Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşa narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemlərdən bəhs edir.

Səhnə əsəri tələbələr tərəfindən maraqla qarşılanıb.