
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı daha bir uğura imza atıb.
Belə ki, 16-18 may tarixində Rumıniyanın Tarqu Mureş şəhərində keçirilmiş böyüklər arasında 15-ci Avropa Karate Çempionatında AHİİTA təmsilçisi Fatimə Cəbrayılova (50 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.