
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməkdaşları üçün “İş mühitində kibertəhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib.
Təlim əməkdaşları kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olması məqsədilə təşkil olunub.
Tədbirdə kibertəhlükələr, onların informasiya sistemlərinə təsiri, qarşısının alınması üsulları və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.