
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar SOCAR, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhərlərində iməcilik keçirilib.
Xəzərin sahilyanı əraziləri aksiya iştirakçıları tərəfindən plastik və digər tullantılardan təmizlənib.
Qeyd edək ki, aksiyalar ərazilərin məişət tullantılarından təmizlənməsi, ətraf mühitin qorunması, vətəndaş həmrəyliyi və korporativ sosial məsuliyyət çərçivəsində təmiz və sağlam mühitin təşviqi məqsədilə təşkil olunub.