ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Həmkardan həmkara qayğı ilə” layihəsi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfdaşlarla birlikdə “Həmkardan həmkara qayğı ilə” sosial layihə həyata keçirir.

Ölkəmizin dağ, dağətəyi və sərhədyanı rayonlarında reallaşdırılan layihənin məqsədi üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir.

Layihə çərçivəsində ödənişsiz səyyar tibbi müayinələr təşkil edilir, səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilir, müvafiq müalicələr təyin olunur.