ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

20 May 2025

Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib

Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib.

Təbiət və cəmiyyət arasında harmoniyanı gender bərabərliyi prizmasından dəyərləndirmək, sosial ədalət və ekoloji məsuliyyət anlayışları üzrə ictimai maarifləndirməni artırmaq, təbiətin mühafizəsi və gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş cəmiyyət modelinin formalaşmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə Milli Məclisin deputatları, sözügedən qurumların əməkdaşları, sahibkarlar, məktəblilər, könüllülər, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək təbiət və gender mövzusunun aktuallığını və əhəmiyyətini, həmçinin bu iki sahənin bir-birini tamamlayan amillər olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində “Gender və ətraf mühit qanunvericilik aspektində” mövzusunda maarifləndirici təlim, ətraf mühitə dair interaktiv sessiyalar, məktəblilər üçün master-klaslar təşkil olunub. Eyni zamanda açıq havada ekoloji təmiz məhsulların sərgi-satış yarmarkası keçirilib.