
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyasının Qurultayı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ötən qurultaydan keçən dövr ərzində görülən işlər barədə məlumat verilib, Mandat və Təftiş komissiyalarının hesabatları dinlənilib. Sonra gündəliyə çıxarılan məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Qurultay nümayəndələrinin səs çoxluğu ilə Fuad Ələkbərov Azərbaycan Respublikası Ticarət, İctimai-İaşə, Kooperasiya, Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri seçilib.
Qeyd edək ki, Fuad Ələkbərov Azərbaycan Dillər Universitetində dilçilik, Moskva Beynəlxalq Universitetində hüquq üzrə bakalavr və ABŞ-ın İllinoys Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb.
Beynəlxalq təşkilatlarda və özəl sektorda 20 ildən artıq iş təcrübəsinə malikdir. İngilis və rus dillərini bilir.