ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

20 May 2025

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının nümayəndələri arasında görüş olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni əməkdaşlığın qurulması təşəbbüsünü yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına töhfə verəcəyini vurğulayıb. Universitetin çoxşaxəli kadr hazırlığından bəhs edən rektor ali təhsil müəssisəsinin fəaliyyət barədə məlumat verib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iki ali təhsil ocağı arasında əməkdaşlığın rəqabətədavamlı kadrların hazırlanmasında, təcrübə mübadiləsində və yeniliklərin tətbiqində önəmini qeyd edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov və Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Yusif Ağayev bu görüşün ali təhsil müəssisələri arasında tədris, təlim və elmi-tədqiqat istiqamətlərində fəal əlaqələrə şərait yaradacağını bildiriblər.

Sonda Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandum qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə birgə əməkdaşlığı nəzərdə tutur. Görüşdə Memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə işçi qruplarının yaradılması qərara alınıb.