
Türkiyənin paytaxtı Ankara şəhərində “Əmək, Rəqəmsallaşma və Sosial Ədalət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyənin həmkarlar ittifaqı Memur-Sen Konfederasiyası tərəfindən təşkil olunan konfrans rəqəmsal transformasiya dövründə iş yerlərində sosial ədalətin təmin olunması və bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrə həsr olunub.
Dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın həmkarlar ittifaqı nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov da iştirak edib.
Tural Süleymanov tədbir çərçivəsində təşkil olunan “İş yerində sosial ədalətin təmin olunması və gəlir bölgüsündə qeyri-bərabərliyin aradan qaldırılması” mövzusunda təşkil olunmuş panel müzakirələrdə çıxış edib.