
Mayın 1-də İDDO Psixi Sağlamlıq Proqramı tərəfindən Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda autizmli uşaqlar üçün festival keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da tərəfdaş qismində iştirak etdiyi festivalın məqsədi autizmli uşaqların vaxtlarının səmərəli keçirilməsi, onların cəmiyyətə inteqrasiyalarını sürətləndirilməsidir.
Festivalda autizmli uşaqlar mahnı və rəqslərlə çıxış ediblər.