
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Konfransda Birliyin sədri Rövşən Namazov ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edib, Təftiş Komissiyasının hesabatı dinlənilib.
Sonra Birliyin fəaliyyəti, rəqəmsal transformasiya, sosial layihələr və üzvlərlə birbaşa kommunikasiyanın qurulması sahəsində görülmüş işlərdən, eləcə də AHİK-in həyata keçirdiyi layihələrdən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Konfransda çıxış edən nümayəndələr görülən işləri qənaətbəxş qiymətləndirib, hesabatlar səsvermə yolu ilə təsdiq olunub. Daha sonra Birliyin yeni tərkibi formalaşıb, sədr, sədr müavinləri seçilib, Təftiş Komissiyasının üzvləri, AHİK-in Məclisinə və İcraiyyə Komitəsinə nümayəndələr müəyyənləşib.
AHİK-in Aparat rəhbəri Həsən Cəfərov, Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədov və AHİK sədrinin müşaviri Orxan Ərəbov çıxışlarında Birliyin fəaliyyəti ilə bağlı fikirlərini bildirib və gələcək işlərində uğurlar arzulayıblar.