ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

29 Iyun 2025

Konfederasiyanın nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Konfederasiyanın nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələri Serbiya Azad Həmkarlar İttifaqları Konfederasiyasının dəvəti ilə qurumun XVII qurultayında iştirak ediblər.

AHİK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Leyla Fəthi və sektor müdiri Əsmər Məmmədova qurultaydan əvvəl təşkil olunan “Həmkarlar ittifaqları yolayrıcında və işçilər” mövzusunda beynəlxalq konfransa qatılıblar. Tədbirdə yeni dünya nizamında iş yerlərinin təhlükəsizliyi, həmkarlar ittifaqlarının müasir çağırışlara uyğunlaşdırılması və işçilərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub.

Serbiya Azad Həmkarlar İttifaqları Konfederasiyasının “Əmək, rəqəmsallaşma və hüquqların idarə olunması” mövzusuna həsr olunmuş qurultayında isə həmkarlar ittifaqlarının müasir dövrdəki rolu, əməkdaşlıq imkanları, sosial dialoqun gücləndirilməsi, işçi hüquqlarının müdafiəsi və əməyin təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

Qurultayda ötən dövr ərzində görülmüş işlərin hesabatı dinlənilib və təsdiqlənib. Səsvermə yolu ilə Serbiya Azad Həmkarlar İttifaqları Konfederasiyasının yeni tərkibi formalaşıb, Zoran Mixayloviç qurumun prezidenti seçilib.