ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

26 Iyun 2025

Naxçıvan Həmkarlar İttifaqları Şurasında məzun könüllülərlə görüş olub

Naxçıvan Həmkarlar İttifaqları Şurasında məzun könüllülərlə görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının fəaliyyətinə könüllü olaraq qoşulan və ictimai fəallıqları ilə seçilən məzunlarla görüş keçirilib.

Görüşdə Şuranın sədri Qəzənfər Abdullayev məzunları təbrik edib, onların könüllülük fəaliyyətində göstərdikləri təşəbbüskarlığı yüksək dəyərləndirib. Bildirilib ki, bu cür gənclər cəmiyyətin müxtəlif sahələrində aktiv iştirak etməklə sosial həmrəyliyin gücləndirilməsinə töhfələr verirlər.

Məzunlar çıxış edərək Şurada könüllü fəaliyyətin onların şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, iştirak etdikləri tədbir və layihələr onlara həm bilik, həm də önəmli təcrübə qazandırıb.

Sonda fəallığı ilə seçilən məzunlara Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən təşəkkürnamələr və “Ağbulaq” istirahət mərkəzinə ikigünlük istirahət kuponları təqdim olunub.