
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (DİİXİHİ RK) Bakı Biznes Mərkəzində Qurban bayramı münasibətilə tədbir keçirib. Tədbirdə 200-ə yaxın ittifaq üzvü və Konfederasiya sədrinin müşaviri Nigar Vahabzadə iştirak edib.
Respublika Komitəsinin sədri Hikmət Nəbiyev çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, aztəminatlı ittifaq üzvlərinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirləri qeyd edib. Sonra bayram münasibətilə Respublika Komitəsi tərəfindən aztəminatlı üzvlərə 1000 ədəd alış-veriş kartı təqdim olunub.
Tədbirdə Dövlət Statistika Komitəsi Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Şıxəli Dadaşov, Müdafiə Nazirliyinin Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədr müavini Şəhriyar Əzizbəyli və DİİXİHİ RK Sabunçu rayon komitəsinin sədri Şəms Əsədova çıxış edərək belə sosial təşəbbüslərin əhəmiyyətindən bəhs edib, bunun həmkarlar ittifaqına olan etimadı daha da gücləndirəcəyini vurğulayıblar.