
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatları - Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Badamdar oteldə Qurban bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə 500-ə yaxın ittifaq üzvü və Konfederasiya sədrinin müavini Musa Mirzəyev iştirak edib.
Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Məmməd Həsənov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov çıxışlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və rəhbərlik etdikləri təşkilatların fəaliyyətindən danışıb, aztəminatlı ittifaq üzvlərinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirləri qeyd ediblər.
Sonra Qurban bayramı münasibətilə 2000 aztəminatlı ittifaq üzvünə alış-veriş kartı təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.