
İyunun 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən ilk həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Əvvəlcə AHİK-in həyata keçirdiyi layihələrdən bəhs edən videoçarxlar nümayiş etdirilib. Sonra Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxış edərək son dövrdə görülmüş işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Şura yay mövsümündə yeni sosial layihəyə start verir.
Layihə çərçivəsində ittifaq üzvləri yollayışların dəyərinin 15 faizini ödəməklə şənbə və bazar günləri “Ağbulaq” istirahət mərkəzində dincələ biləcəklər.
Görüşdə həmçinin müzakirələr aparılıb, suallar cavablandırılıb.