ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 May 2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan futbol turniri başa çatıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan futbol turniri başa çatıb

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinə yekun vurulub.

Akademiyanın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə keçirilən turnirin finalında Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası Akademiyanın Geologiya və Geofizika İnstitutunun komandasına qalib gəlib.

Mükafatlandırma mərasimində AMEA-nın prezidenti İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Hikmət Osmanov, AMEA AHİ-nin sədri Sənan Həsənov, Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov iştirak ediblər.

Qalib komandaya çempionatın kuboku və medalları təqdim edilib. İkinci və üçüncü yerləri tutan komandalar sertifikatlar və medallarla mükafatlandırılıblar.