ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

18 May 2025

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Heydər Əliyev Sarayında keçirilən tədbirdə dövlət rəsmiləri, ali təhsil ocaqlarının rəhbərləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, həmçinin rəqs kompozisiyaları təqdim olunub.
Qeyd edək ki, müsabiqə-festivalın birinci mərhələsi bu ilin aprel-may aylarında ölkənin 26 ali təhsil müəssisəsində keçirilib. Ümumilikdə bu mərhələdə 1600-ə yaxın tələbə bu mərhələdə iştirak edib. Final mərhələsinə isə 391 tələbə vəsiqə qazanıb.

Finalçıların çıxışları Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Samir Cəfərov, Əməkdar incəsənət xadimi, yazıçı-şair Baba Vəziroğlu, Xalq artisti Gülyanaq Məmmədova, Xalq artisti, baletmeyster Təranə Muradova və tarzən Arslan Növrəsli, Əməkdar incəsənət xadimi Hafiz Quliyev kimi nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Festivalın məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını dəstəkləmək, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək və Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.

Müsabiqənin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb.