
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin iclası keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məclisdə təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Səsvermə yolu ilə Rüfət Zamanov Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
Həmçinin Məclisdə iyunun 18-də Respublika Komitəsinin VI Qurultayının keçirilməsi barədə qərar qəbul olunub.