
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Sağlamlığa doğru qaç!” layihəsi çərçivəsində Şamaxı rayonunda qaçış yarışı keçirilib.
Layihə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Tədbirdə həmçinin Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra start verilən beş min metr məsafəyə qaçışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının səhiyyə işçiləri, eləcə də Şəki Tibb Kollecinin tələbələri iştirak ediblər. Yekunda qalib gələn 6 iştirakçı mükafatlandırılıb. Qaliblər Xankəndi şəhərində təşkil olunacaq final yarışında iştirak etmək hüququ qazanıblar.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan yarışlar tibb işçilərinin asudə vaxtının səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.